Son illərdə Azərbaycanda digər sahələrdə olduğu kimi, vəkillik institutu da davamlı inkişaf yolunu tutub. Bu istiqamətdə ardıcıl və əsaslı tədbirlər həyata keçirilib ki, görülən işlərin nəticəsində ölkəmizdə vəkillik institutunun sürətli inkişafı təmin olunub. Vəkil korpusunun güclənməsi, vəkil qurumlarının və üzvlərinin sayının artması, habelə vəkillik peşəsinin nüfuzunun yüksəlməsi bu islahatların mühüm nəticələrindəndir.
2025-ci ildə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (VK) bir sıra beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, imtahanlar, ixtisasartırma təlimləri keçirilib, hüquqi maarifləndirmə işləri genişləndirilib, vəkillərin sayı isə daha da artıb. Bununla yanaşı, vəkillik fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, vətəndaşlara göstərilən hüquqi yardımın əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılıb.
VK-nın son bir il ərzində gördüyü işlər və həyata keçirdiyi ardıcıl, sistemli islahatlar barədə hesabatı aşağıdakı linkdən daha ətraflı tanış ola bilrəsiniz:

