Vətən müharibəsindəki Şanlı Qələbənin 5 illiyi münasibəti ilə Bibiheybət Məscid-Ziyarətgah Kompleksində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə ənənəvi görüş keçirilib.
Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və bir neçə gün əvvəl Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsində həlak olan hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Bibiheybət Məscid-Ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev tədbir iştirakçılarını şanlı Zəfərimizin 5 illiyi münasibəti ilə təbrik edib. Qeyd edib ki, uzun illər etdiyimiz dualar və arzularımız çin oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sərkərdəliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsi və daha sonra lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa edildi. Buna görə də biz öz şəhidlərimizə, qazilərimizə, igid əsgər və zabitlərimizə minnətdarıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik.
Bu gün şəhidlərimizin ailələri, qazilərimiz ölkə başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə edilib. Onlara dəstək üçün lazımi tədbirlər görülür. Çünki bu şanlı qələbəmizə görə biz ollara borcluyuq.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirinin müavini İsrafil Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı Regional bölməsinin müdiri Anar Kazımov, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qabil Vahidov, şəhid anası Mehriban Əmrahova, müharibə veteranı, polkovnik Bəhrəm Atakişiyev və başqaları şəhid ailələri, müharibə vereranları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
XQ







.jpg)
