Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

post-img

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il oktyabrın 17-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Göygöl, Samux və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

N.Adilqızı
XQ

Sosial həyat