Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 16-18 iyul 2025-ci il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Bərdə rayonuna növbəti səfər təşkil olunub.
Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Otuzikilər, Muğanlı, Kələntərli, Alpout və Gülgəzli kəndlərində, 125 uşağın iştirakı ilə “Uşaq hüquqları”, “Liderlik bacarıqları” və “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib.
Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən mövzu üzrə məlumatlat verilib, müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb, həmçinin Uşaq səfirlər Məclisinin fəaliyyəti barədə uşaqlar məlumatlandırılıb. Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et”, “Sağlam yaşamı həyat tərzinə çevir!” adlı maarifləndirici əlfəcinlər, yapışqanlı stikerlər, həmçinin müxtəlif bədii kitablar hədiyyə edilib.