Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin S.Mehdiyev küçəsində fiziki şəxs İbrahimov Vasif Ədalət oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İsmayıllı Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
P.ƏMİRCANOV
XQ