Uşaqlar üçün sosial xidmət müəssisəsində tədbir keçirilib

post-img

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində tədbir keçirilib.

Nazirlikdən bildirilib ki, tədbirdə bu müəssisə ilə yanaşı, Agentliyin Uşaq evi sosial xidmət müəssisələrinin uşaqları və Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin azyaşlı benefisiarları iştirak edib.

Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların dövlət qayğısı ilə əhatə olunması, reabilitasiyası və sosial xidmətlərlə təminatı sahəsində aparılan işləri qeyd edib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həssas kateqoriyadan olan ușaqların da sosial təminatının gücləndirilməsinə şərait yaradıb. Həmin uşaqlar sosial dəstək tədbirləri ilə əhatə olunublar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin nühüm bir hissəsi də məhz uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xidmət edir.  

Tədbir zamanı həssas kateqoriyadan olan ușaqlar üçün müxtəlif əyləncəli oyunlar, master klaslar təşkil olunub.  Rəngarəng görüntülərlə yadda qalan tədbir uşaqlarda xoş təssüratlar yaradıb.













Sosial həyat