Bu yol samuxluların və rayona gələn qonaqların daha çox səfər etdikəri, sevdikləri bir yoldur. Kür qırağında istirahət etmək, lazım gələndə bu məşhur çaya bir qarmaq da atmaq hər kəsin arzusudur. Bəs yolun özü nə vəziyyətdədir? Eturaf edək ki, əvvəllər bir o qədər də ürəkaçan deyildi. Xüsusilə yol kənarları. Boş düzənliklət, adda-budda yaşıllığı olan yerlər darıxdırıcı görünürdü, yaşıllıq çox az idi. Amma son vaxtlar yol kənarlarında aparılan işlər ümid verir ki, Samux-Kür yolu tezliklə, necə deyərlər, cənnət məkana çevriləcək. Burada aparılan işlər bunu deməyə imkan verir. İməciliklər, abadlıq-quruculuq uşləri bu tərəflərə istiqamətləndirilib.
Bu günlərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.
Aksiyada rayon rəhbərliyi, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü olaraq iştirak ediblər.
Aksiya çərçivəsində Samux-Kür yolunun hər iki tərəfi məişət tullantılarından, alaq otlarından, qurumuş ağac və gül kollarından təmizlənib. Ağaclara aqrotexniki qulluq göstərilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux rayonu