Beynəlxalq konfransın iştirakçıları Zəfər parkını və Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

post-img

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə bu gün Bakıda beynəlxalq konfrans keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, konfrans iştirakçıları tədbirin açılışından öncə Zəfər parkını və Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq, məzarı üzərinə gül dəstələri düzülüb.









Sosial həyat