Xətai rayonu, 8 Noyabr prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Məlumatı DİN mətbuat xidməti yayıb.
Qəzada iştirak edən nəqliyyat vasitələrinin sürücüləri avtomobilləri yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləməyi vacib hesab ediblər. Bu səbəbdən hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.
Sərbəst hərəkəti təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
P.ƏMİRCANOV
XQ