Goranboy şəhərində yeni inşa edilmiş Sağlamlıq Klinikası müasir tələblərə cavab verir.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Goranboy şəhərində yeni inşa edilmiş Sağlamlıq Klinikası ilə yerində tanış oldular.
Məlumat üçün bildiririk ki, sahəsi 492 kvadratmetr olan Sağlamlıq Klinikasının tikintisinə 2023-cü ilin iyul ayında başlanmış və 2025-ci ilin aprel ayında yekunlaşmışdır. Klinika Paşa Bankın maliyyə dəstəyi ilə tikilmişdir. Burada labaratoriya xidmətinin fəaliyyəti və 8 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri