Göygöl:  Quşqara kəndində yeni taxıl müəssisəsi istifadəyə verilib

post-img

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Göygöl rayonu Quşqara kəndində yerləşən “Osmanlı Taxıl” MMC müəssisənin istifadəyə verilməsi münasibətilı keçirilən mərasimində iştirak etmişlər. 

Osmanlı Taxıl MMC-nin təsisçisi Sənan İsmayılov bildirmişdir ki, müəssisə tam müasir texnologiya ilə təchiz edilmişdir. Əsas xammal tədarükü Rusiya Federasiyası və Qazaxıstan Respublikasıdır. 

Burada 4 növ məhsul emal edilir. Bunlar əla növ un, birinci növ un, oboy və kəpəkdir. Günlük istehsal gücü 60 tondur. Müəssisədə 30 nəfər işçi çalışır.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri









Sosial həyat