Lənkəranda əməliyyat: 10 kiloqram narkotik vasitə aşkarlanıb

post-img

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdıraraq satışını təşkil edən, əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 24-də və 25-də ümumilikdə 13,9 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd metadon həbi və 321 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ



Sosial həyat