Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüş keçirib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib. Məlumatı “Anadolu” verib.
Danışıqlar Türkiyə diplomatiyası rəhbərinin Rusiya Federasiyasına səfəri çərçivəsində baş tutub. Rusiya və Ukrayna arasında İstanbul sülh danışıqlarında Rusiya nümayəndə heyətinə Vladimir Medinski başçılıq edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə Ukraynadakı münaqişəni müzakirə edəcək.
“Təbii ki, əsas mövzu, - Kreml nümayəndəsi müvafiq suala cavab verib: - Və yenə də Fidan Lavrovla danışıqlara gəlir. Bu danışıqlarda, təbii ki, əsas müzakirə mövzusu ikitərəfli münasibətlər olacaq. Və təbii ki, Ukrayna məsələsi ilə bağlı fikir mübadiləsi mütləq olacaq”.
Hakan Fidan mayın 26-27-də Rusiyada işgüzar səfərdə olacaq. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, o, Sergey Lavrovla Suriya, Liviya, Zaqafqaziya və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə regional məsələləri müzakirə etməyi planlaşdırır.
P.ƏMİRCANOV
XQ