Əlilliyi olan 12,5 min uşağa reabilitasiya xidmətləri göstərilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin 4 ayında əlilliyi olan 12,5 min uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, onlardan 8,6 min nəfəri ambulator, 638 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Sosial həyat