Bank kartı məlumatlarınızı digər şəxslərlə paylaşmayın - DİQQƏT

post-img

Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. 

Bu badərə Dİn-dən məlumat verilib. 

Məlumata görə, mayın 24-də və 25-də ayrı-ayrı vətəndaşların bank kartlarından 4500, 2576, 1413, 698, 606, 574, 240, 239, 202, 150, 122, 100, 95, 90, 66, 57 manat pul vəsaitləri müxtəlif kiber üsulla oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalı, belə zənglər dərhal bloklanmalıdır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat