Bank məlumatlarınızı heç kəsə verməyin, təhlükəlidir - DİQQƏT

post-img

Bank kartının CVV/CVC, SMS göndərilən OTP kodları məxfi məlumatdır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumata görə, mayın 16-da ayrı-ayrı vətəndaşların bank kartlarından 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pullar fərqli kiber üsulla oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, belə zənglər dərhal bloklanmalıdır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat