Beynəlxalq axtarışa verilən Gürcüstan vətəndaşı Polşadan Azərbaycana gətirilib

post-img

“Ekstradisiya haqqında” 1957-ci dekabrın 13-də Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbsə alınıb.

Aprelin 3-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ü.Ağacanov Polşa Respublikasından ölkəmizə gətirilib.

Sosial həyat