Pəhriz saxla – yaddaşını yoxla

post-img

Demensiya son illərin daha çox müşahidə edilən xəstəliklərindən biridir. Oksford Universitetinin alimləri araşdırmalarla müəyyən ediblər ki, qidalanma ilə xəstəliyin irəliləməsinin qarşısını almaq olar.

Onlar araşdırma nəticəsində belə qərara gəliblər ki, 48–70 yaş arasında düzgün qidalanmaq – yəni, balıq, paxlalılar və tərəvəz yemək sonrakı illərdə demensiya (yaddaşın itməsi) riskini azaltmağa kömək edir.

Araşdırmada 512 britaniyalı iştirak edib. 21 il ərzində elm adamları könüllülərin pəhrizləri haqqında məlumat toplayıb, onların hər birinin bel və omba ətrafını ölçüblər. Nəticələr balıq, zeytun yağı, tərəvəz, meyvə və paxlalılar yeyən könüllülərin idrak qabiliyyətlərinin daha yaxşı olduğunu, zəifləmədiyini göstərib.

Pəhriz saxlayan insanlar beyinin informasiya və yaddaşın emalında əsas rol oynayan sol hipokampus və ilk növbədə, vizual məlumatı emal edən oksipital lob arasında əlaqənin yaxşılaşdığını göstəriblər.

Alimlər onu da qeyd ediblər ki, düzgün qidalanmanın ən əsas qoruyucu təsiri 48–70 yaş arasında müşahidə olunur.

Ona görə, qırmızı, yağlı ət yeyən insanlara tövsiyə olunb ki, 46 yaşdan sonra mütləq qidalanmanı dəyişin. Bu, demensiyaya tutulmaq təhlükəsini azaldar.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat