“Keşikçidağ”da Novruz şənliyi

post-img

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində Novruz bayramı ilə bağlı mərasim keçirilib. Şənlik qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında, Kosa, Keçəl, Bahar qızın və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atları ilə məclisə gəlişi ilə başlayıb.

Tütək sədaları və sayaçı sözləri altında qoyunların ağıla gətirilməsi, milli geyimdə çiyinlərində səhənglə bulaqdan su gətirən qızların rəqsi, xalq oyunlarından olan “Kosa-keçəl”, “Dirədöymə”nin nümayişi, gənc qızların “Haxışta”, “Bayatı” söyləməsi, “Səməni”, “Uzundərə”, “Tərəkəmə” rəqslərinin ifası mərasimə xüsusi təntənə gətirib. Atların iştirakıyla yarış keçirilib, yarışın qalibinə kəlağayı hədiyyə edilib.

Şənlik Novruz tonqalının ətrafında “Yallı” rəqsinin nümayişi ilə yekunlaşıb.

XQ

Sosial həyat