Ordubadın dağlıq ərazilərində biotexniki tədbir keçirilib

post-img

Çöl heyvanlarının sıx məskunlaşdığı və qalın qar örtüyünün müşahidə olunduğu ərazilərdə onların qida maddələrinə, həmçinin mineral duzlara olan ehtiyacının qismən ödənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən biotexniki tədbirlər keçirilir.

Nazirlikdən verilən məlumata görə, biotexniki tədbir bu dəfə Ordubad rayonunun Nürgüt kəndi yaxınlığındakı dağlıq ərazidə keçirilib.  

Əraziyə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən 20 kip qaba yem və 250 kiloqram daşduz dağıdılıb.

Məlumata görə, fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə biotexniki tədbirlər zərurət yaranan digər ərazilərdə də davam etdiriləcəkdir.

Səbuhi HƏSƏNOV

 



Sosial həyat