Peskov: Putin Zelenski ilə danışıqlara hazırdır

post-img

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlara hazırdır, lakin onun “legitimliyinin hüquqi aspektləri” nəzərə alınmalıdır. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. Məlumatı “Kommersant” yayıb. 

Vladimir Zelenskinin 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb və hərbi vəziyyət səbəbindən ölkədə prezident seçkiləri keçirilməyib.

“Putin özü dəfələrlə deyib ki, lazım gələrsə, Zelenski ilə danışıqlar aparacaq. Eyni zamanda, Zelenskinin özünün legitimliyinə meydan oxumaq imkanından danışan reallıq nəzərə alınmaqla, razılaşmaların hüquqi qeydə alınması ciddi müzakirə obyektidir”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.

Vladimir Putin qeyd edib ki, Vladimir Zelenskinin “qeyri-legitimliyinə görə” sülh müqaviləsi imzalamaq hüququ yoxdur, baxmayaraq ki, Rusiya “hər kəslə” danışıqlara hazırdır. Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti bildirib ki, “yalnız bir rusiyalı ilə - Vladimir Putinlə görüşməyə hazırdır”, ancaq Amerika və Avropa səlahiyyətliləri ilə birgə sülh planı razılaşdırıldıqdan sonra...

P.ƏMİRCANOV
XQ

Dünya