“Quş qripi” monitorinqləri

post-img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər davam etdirilir.

Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə təşkil edilən monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə vəhşi quşlara baxış keçirilir.

Qurumdan verilən məlumata görə, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanır və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürülür.

Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Eyni zamanda, monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

XQ

Sosial həyat