Konserv sağlam qida deyil...

post-img

Rusiyalı dietoloq Marina Makişa bəzi konservləşdirilmiş qidaların xərçəngə səbəb ola biləcəyi barədə əhaliyə televiziya ilə xəbərdarlıq edib.

Bildirilib ki, xarab olmuş, kiflənmiş konservləşdirilmiş məhsulların istifadəsi xərçəngin yaranmasına və inkişafına təkan verə bilər. Bu, konservləşdirilmiş məhsulun qoyulduğu bankalarda qara kif yaranması ehtimalı ilə əlaqələndirilib. Qeyd edilib ki, bu kif bədəndə toplanır və mürəkkəb gedişi və əlverişsiz proqnozu ilə qaraciyərin bədxassəli lezyonu (hepatosellüler xərçəng) yaranmasına səbəb olur. Regionlardan birində xərçəngin həmin növünün yayılmasını təhlil edən tədqiqatçılar bu nəticəyə gəliblər. Onlar araşdırma zamanı qara ciyər xərçəngi ilə qara kif arasında əlaqə tapıblar.

Uzun müddətdən bəri pəhriz həkimi işləyən, bu sahədə böyük təcrübəsi olan Marina Makişa əlavə edib ki, əgər məhsulda, o cümlədən konservlərdə hər hansı kif aşkar edilərsə, o zaman bakteriyaların təsir etdiyi hissənin kəsilməsi və ya çıxarılması kifayət deyil. Belə məhsuldan tamamilə imtina etmək və onu atmaq lazımdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat