Qeydə alınmış 24 cinayətin üstü açılıb

post-img

Yanvarın 27-də ölkə ərazisində qeydə alınan 20, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat