Naxçıvanda yeni elektrik sayğacları quraşdırılır

post-img

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Fərmanına uyğun olaraq, Dövlət Energetika Xidmətinin funksiyalarının "Azərenerji" və "Azərişıq" Açıq Səhmdar cəmiyyətlərinə ötürülməsi istiqamətində işlər davam etdirilir.

Cəmiyyətlərin balans məhsubiyyətləri sərhədlərində olacaq elektrik stansiyalarından, transformator yarımstansiyalarından və sistemtəşkiledici elektrik verilişi xətlərindən keçən elektrik enerjisinə real vaxtda alına biləcək ölçülər əsasında fasiləsiz nəzarət etmək üçün məsafədən oxunan, “SCADA” sisteminə birləşdirilməyə texniki imkanı olan yeni elektrik sayğaclarının quraşdırılmasına başlanılıb.

Yaxın zamanlarda cəmiyyətlərin “Baş İdarəetmə Mərkəzi”ni yaratmaq, onların fəaliyyətini müasir texnoloji platforma əsasında həyata keçirmək və avtomatlaşdırılmış dispetçer idarəetməsini reallaşdırmaq, enerji sisteminin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi və əməliyyatların insan müdaxiləsi olmadan məsafədən aparılması nəzərdə tutulur.

Sosial həyat