Qar dənəciklərinin nağılı

post-img

Çoxsaylı tədqiqatlar nəticəsində Yer üzündə bir qar dənəciyinin o birisinə bənzəmədiyi aşkarlanıb. Sən demə, onların “xasiyyət”ləri də ayrı imiş…

Bir gün göydən 2 qar dənəciyi düşürdü. Hələ xeyli müddət uçacaqdılar və əl-ələ verib söhbətləş[1]məyi qərara aldılar. Birin[1]ci dənəcik dedi: 

– Uçmaq çox gözəl hissdir, eləmi?

 – Biz uçmuruq, yıxılı[1]rıq, – digəri cavab verdi.

 – Tezliklə eniş edə[1]cəyik və yoldaşlarımızla birlikdə böyük bir qar yorğanına çevriləcəyik… 

– Yerə düşəndə öləcəyik. Axı biz tapdalanacağıq. 

– Hava istiləşəndə hamımız axaraq böyük bir çaya, sonra da dənizə qovuşan selə dönəcəyik… 

– Yazda biz əriyib yer üzündən həmişəlik yox olacağıq. 

Mübahisə qar dənəciklərini bezdirdi və onlar əllərini bir-birindən üzüb hərəsi ayrılıqda uçmağa davam elədi. 

Hər biri özü seçdiyi taleyə doğru getdi.

Ə.ƏLİYEV

XQ

 

Sosial həyat