“Biləsuvarda istehsal olunub”

post-img

Bu etiketlə məhsul buraxacaq yeni tikiş müəssisəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü və dəstəyi ilə qurulub. Layihə bölgədə sahibkarlığın dəstəklənməsi və iqtisadi fəallığın artırılması istiqamətində həyata keçirilən uğurlu təşəbbüslərdən biridir.

Fabrikdə istehsalat sahələri ilə yanaşı, işçilərin rahatlığı və iş proseslərinin səmərəli təşkili üçün mətbəx, ofis və anbar kimi müxtəlif infrastruktur obyektləri də mövcuddur. Bu, işçilər üçün müasir, təhlükəsiz və əlverişli iş şəraiti yaratmağa imkan verir. 

İstehsal prosesləri isə yüksək keyfiyyət standartlarına cavab verən avadanlıqlarla təchiz olunub ki, bu da fabrikin məhsuldarlığını artıracaq və keyfiyyətli məhsullar istehsal etməyə imkan verəcək.

Fabrikdə ilk mərhələdə 15–25 nəfər işçi çalışacaq. Lakin yaxın gələcəkdə onların sayının 70–80 nəfərə çatdırılması nəzərdə tutulur.

XQ

Sosial həyat