Azərbaycan paytaxtında Çinin bahar bayramı hesab olunan Yeni ili qeyd edilib. Bu münasibətlə Çinin Azərbaycandakı səfirliyi tərəfindən bayram tədbiri təşkil olunub.
Təntənəli açılış mərasimində çıxış edən Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bildirib ki, Çinin Yeni ili bir çox cəhətdən Azərbaycanda qeyd edilən Novruz bayramını xatırladır, çünki hər iki bayramda ailə dəyərlərinə və ənənələrinə xüsusi diqqət yetirilir.
“2025-ci il Çin ay təqviminə görə İlan ilidir. Bir çox xalqların mədəniyyətində ilan sağlamlıq və müdriklik rəmzidir ki, bu da hətta Ümumdünya Səhiyyə Təşkilatının emblemində əks olunub. Əminəm ki, İlan ili bizə daha çox imkanlar və ümidlər gətirəcək", – müvəqqəti işlər vəkili bildirib.
XQ