Estoniya parlamentinin üzvləri təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı veriblər

post-img

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri dekabrın 25-də baş vermiş faciəvi təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı veriblər.

AZƏRTAC xəbər verir ki, deputatların bununla bağlı yaydıqları bəyanatda deyilir: “Biz Azərbaycan xalqı ilə həmrəyik, həlak olanların qohumlarına və yaxınlarına başsağlığı veririk. Biz qəzanın səbəblərini aydınlaşdırmaq üçün təcili təhqiqatın aparılmasının tərəfdarıyıq”.

Qeyd edək ki, qrupa Riina Solman (sədr), Mariya Yufereva-Skuratovski (sədr müavini), Yaak Aab, Vadim Belobrovtsev, Zuleyxa İzmailova, Aleksey Evqrafov, Ester Karuse, Toomas Kivimaqi, Ayvar Kokk, Anastasiya Kovalenko-Kılvart, Lauri Laats, Andres Metsoya, Eduard Odinets, Helyo Piekhof, Yuku-Kalle, Urmas Reynsalu, Ayvar Sıerd və Hendrik Yoxannes Terras daxildir.

Sosial həyat