Düşüncə necə sağaldır?

post-img

Xəstələnən zaman çox vaxt həkimə də müraciət etmədən tez aptekə qaçırıq. Amma alternativ tibblə məşğul olanlar dərman əvəzinə düşüncələrlə müalicənin daha təsirli və zərərsiz olduğunu deyirlər. Düşüncə gücü ilə müalicə üsulları ilə tanış olaq.

Baş ağrısı: Kresloda rahat oturun və keçən yay çəkdiyiniz gözəl mənzərə şəklinə baxın. Bütün təfərrüatları xatırlayın, sonra gözünüzü yumun və həmin anı yenidən canlandırıb özünüzü bu görüntüyə uyğunlaşdırın. Təsəvvür edin ki, siz sahildə yatırsınız və qarşıdan gələn dalğalar ağrınızı yuyub dənizə aparır.

Depressiya və stress: Okeanın ortasında kiçik qayalıq bir ada və özünüzü onun üstündə hündür, yaxşı qurulmuş mayak kimi təsəvvür edin. Mayakın divarları o qədər qalın və möhkəmdir ki, hətta güclü külək də onu silkələyə bilmir. İndi özünüzdə heç vaxt sönməyən daxili işıq mənbəyini hiss etməyə çalışın! Təsəvvür edin ki, siz yazıçısınız və sizi narahat edən epizod ədəbi qəhrəmanın həyatından sadəcə bir səhifədir. Həmin epizodu birinci şəxsin hekayəsi şəklində kağıza qoyun. Hadisələri təfərrüatı ilə yenidən yaradın və dialoqları bərpa edin. Sonra hekayəyə səhv və kobud bir layihə kimi baxın, yenidən istədiyiniz şəkildə yazın. Mənfi personajların hərəkətlərinin arxasında duran motivləri anlamağa çalışın, onların səhvlərini bağışlayın. Yeni dialoqlar yaradın və indi hiss etdiyinizi yazın. Sizə uyğun olan yeni bir sonluqla gəlin. Depressiya və stres yox olacaq!

Arıqlamaq: 5–10 il əvvəl çəkilmiş ən yaxşı şəklinizi tapın. Gözlərinizi yumun və zehni olaraq şəklin çəkildiyi anı xatırlayın. Şəkildəki kimi gənc, incə, gözəl və xoşbəxtsiniz. Şüuraltınız bu obrazı mənimsəyəcək və bədəninizi ona uyğunlaşmağa məcbur edəcək. Yağ hüceyrələri yanacaq və çəkiniz azalacaq.

Qırışlara son: Hava və günəş işığından istifadə edərək düşüncə gücü ilə qırışları hamarlamağa, onları dəriyə implantasiya etməyə çalışın və sonra onun hər hüceyrəsinin necə çəkildiyini, cavanlaşdığını və dartıldığını hiss edin.

Soyuqdəymələr: Parıldayan qarla örtülmüş dağ zirvəsinə zehni olaraq qalxın və təmiz şaxtalı havada dərindən nəfəs alın. Psixoloji sərtləşmə seansından sonra viruslara qalib gələcəksiniz!

Bunlar təcrübələrlə sübut olunmuş üsullardır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat