Fotoqrafçıların “yaşıl” müsabiqəsi

post-img

Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirinə dəstək vermək məqsədi ilə “Dünyanı yenidən yaşıl edək” adlı beynəlxalq fotomüsabiqə təşkil edib.

Müsabiqənin məqsədi dünyada baş verən iqlim dəyişmələrini insanlara fotolar vasitəsi ilə çatdırmaqdır. Bura sel və daşqınlar, quraqlıqlar, səhralaşmalar, meşə yanğınları, buzlaqların əriməsi, Ozon təbəqəsi, təbii su ehtiyyatlarından qeyri-səmərəli istifadə, günəş və külək elektrik stansiyaları, təbiətə atılan tullantılar və onların idarə olunması, havaya buraxılan qazlar və s. kimi fotolar daxildir.

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) himayədarlığı ilə keçirilən müsabiqəyə dünyanın 60 ölkəsindən 1800 foto təqdim edilib. Fotolar Azərbaycan, Türkiyə və Şimali Makedoniyadan olan münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyi tərəfindən davamlı olaraq, foto sənətinin inkişafı istiqamətində müxtəlif layihələr, o cümlədən yerli və beynəlxalq səviyyəli fotomüsabiqələr, fotosərgilər, təlimlər, qrant və sosial layihələr həyata keçirilir.

Fidan SALMANOVA
XQ

Son xəbərlər