Dekabrın 25-də Bakı-Qroznı reysi həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində yaralanan və müalicəsi Qazaxıstanda davam etdirilən üç Azərbaycan vətəndaşının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, yaralananların xəsarətləri əsasən travmatik zədələrdir, sınıqlar və küt travmalar müşahidə olunur. “Ağır vəziyyətdə olan şəxslər hazırda süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədirlər. Onların vəziyyətində müsbət dinamika müşahidə edildikdən sonra təxliyə həyata keçiriləcək”, - deyə nazir vurğulayıb.