Tacikistanın xarici işlər naziri səfirliyimizdə olub

post-img

“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günündə Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin Azərbaycanın bu ölkədəki səfirliyinə gəlib və Azərbaycan təyyarəsinin Aktau şəhərində qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar səfirlikdə açılan xatirə kitabına ürək sözlərini yazıb.

Nazir Tacikistan hökuməti adından səfir Əlimirzamin Əskərova və həlak olan sərnişinlərin yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Düşənbə 

 



Sosial həyat