Dekabrın 26-da Beynəlxalq Türk Akademiyasının kollektivi Azərbaycanın Qazaxıstandakı səfirliyinə gedərək Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası qurbanlarının xatirəsini anıblar.
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kesikbayev Akademiyanın prezidenti Şahin Mustafayev və kollektiv adından başsağlığı kitabına ürək sözlərini yazıb.
Akademiya qardaş Azərbaycan xalqına və bu faciədən zərər çəkmiş hər kəsə dərin hüznlə başsağlığı verib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Astana