Sosial xəbərlər

post-img

20 mininci aktiv təqdim edilib

Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” üzrə 20 mininci şəxs olan şəxs Bakı şəhər sakini, şəhid ailəsi İlahə Eyvazovaya aktivlər təqdim edilib.  

Dövlət Məşğulluq Agentliyindən XQ-yə verilən xəbərə görə, İ.Eyvazova “Qadın gözəllik salonu” zərfi üzrə proqrama müraciət edib. Təlim və qiymətləndirmə mərhələsini uğurla tamamladıqdan sonra İlahə Eyvazovaya özəl iş qurması üçün lazım olan avadanlıq verilib. 

2020–2025-ci illəri əhatə edən və 22 min işsiz şəxsi əhatə edəcək layihənin uğurlu icrasının nəticəsi olaraq 2025-ci ilin sonunadək bu rəqəmin 25 minə çatdırılması hədəflənir.

Əlillərə 87,7 min bərpa vasitəsi verilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–noyabr aylarında əlilliyi olan şəxsləri 87 min 700 reabilitasiya vasitəsi ilə təmin edib.

Bu vasitələrin  5 min 800-ü  təkərli oturacaq  (o cümlədən 238-i mühərrikli, təkərli oturacaq), 1 min 800-ü aşağı və yuxarı ətraf protezi, habelə 2 min 100 şəxsi eşitmə aparatı, 2 min 600-ü qoltuqaltı və dirsəkaltı ağac, 159-u korset olub. Həmin şəxslərə 3 min 100 cüt protez ayaqqabı və 5 min 900 ortopedik ayaqqabı və digər reabilitasiya vasitələri də təqdim olunub.

Bu ilin 11 ayı ərzində, ümumilikdə, 11 min 200 nəfər əlil reabilitasiya vasitələri ilə təmin edilib.

DOST 850 min vətəndaşa xidmət göstərib

Bu ilin yanvar–noyabr aylarında DOST mərkəzlərində 850 min vətəndaşa xidmət göstərilib. 

2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb. Həmin qurumlarda “bir pəncərə”dən 160 sosial xidmət müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.  

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,4 faiz edir.

Z.HÜSEYNOVA 
XQ

 





Sosial həyat