Leyla Həsənova: İqlim fəaliyyətində uşaqların və gənclərin iştirakı COP29 Sədrliyi üçün prioritetdir

post-img

İqlim fəaliyyətində uşaqların və gənclərin iştirakı COP29 Sədrliyi üçün prioritetdir. COP29-un Gənc İqlim Çempionu olaraq, mən gənclərin səslərini, prioritetlərini ən yüksək səviyyələrə qaldırmağa və dəstəkləməyə davam etməyə sadiq qalıram.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova “Uşaqların və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb edilməsi: İrəliləyişlər və nailiyyətlər üzrə inventarlaşdırma” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

“Mən müxtəlif gənclər təşkilatları tərəfindən dəstəklənən NDC 3.0 prosesində uşaq və gənclərin cəlb edilməsi üçün göstərilən müxtəlif heyrətamiz səyləri bacardığım qədər dəstəkləməyə davam edəcəyəm və tərəfləri də eyni şeyi etməyə çağırıram. Azərbaycan öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri inkişaf etdirdikcə, mən uşaq və gənclərin bu prosesə cəlb olunmasını təbliğ etməyə davam edəcəyəm”, - deyə L.Həsənova qeyd edib.

Sosial həyat