COP28-in Prezidenti: Əminəm ki, COP29 bizim birlikdə növbəti böyük uğurumuz olacaq

post-img

Əminəm ki, COP29 bizim birlikdə növbəti böyük uğurumuz olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber Bakıda keçirilən COP29-un açılış mərasimindəki çıxışında deyib.

Yüksək qonaqpərvərliyə və təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirən Sultan Ahmad Al-Jaber qeyd edib ki, hazırda dünya münaqişələrin yaşandığı bir mürəkkəb dövrdədir. Birləşmiş Ərəb Əmirlikləri həmişə qütbləşmə əvəzinə tərəfdaşlığı, bölünmə əvəzinə dialoqu seçəcək.

“Dünya, məsələn, 500 qiqavat tutumla bərpaolunan enerji sahəsində rekorda imza atıb. Əlli beş şirkət bu il neft və qaz üzrə sıfır emissiya hədəfinə çatmaq niyyətindədir”,- deyə Sultan Ahmad Al-Jaber əlavə edib.

O bildirib ki, iqlim dəyişmələrinə qarşı və sosial sahədə uğura yalnız birlikdə nail olmaq mümkündür və kağız üzərində deyil, yerində qərarlara önəm verilməlidir: “Bütün bu məsələlərin həllinin əsas məsələ maliyyədir. Biz - bütün dövlət və özəl strukturlarda olan maliyyəni cəlb etməyə nail olmalıyıq. COP28 çərçivəsində yaratdığımız fond artıq 6,5 milyard dollarlıq maliyyəni cəlb edib. Fond inkişaf edən və dirçəlməyə çalışan ölkələrə sərmayə qoymaqda davam edir. Eyni zamanda, İtki və Zərər Fondu çərçivəsində 8,5 milyard dollar məhz bu məqsədə ayrılıb”.

COP28 Prezidenti bildirib ki, ötən il ən böyük uğurlardan biri “Troyka” təşəbbüsü idi. Bu, 3 COP sədrliyi arasında əməkdaşlığa və koordinasiyalı işə şərait yaradır.

Sosial həyat