Ötən gün 6 tüfəng və 2 avtomat silahı təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 1 patron darağı və 24 müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Sosial həyat