Səyyah Ceyn İqlson: İşğal zamanı bu torpaqlarda baş verənlər məni çox təsirləndirir

post-img

Mən Nyu Yorkda yaşayıram, amma əslən Yeni Zelandiyadanam. Azərbaycanda ilk dəfə 2019-cu ildə, pandemiyadan bir qədər əvvəl olmuşam. Ondan əvvəl bu yerlər barədə məlumatım yox idi.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən səyyah Ceyn İqlson deyib.

“Lakin indi məlumatlıyam. Buralar haqqında öyrənmək mənə maraqlıdır. İşğal zamanı bu torpaqlarda baş verənlər məni çox təsirləndirir, işğaldan azad edildikdən sonra həyata keçirilən işlər isə sadəcə heyrətləndirir”, - deyə o bildirib.

Qeyd edək ki, Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupunun işğaldan azad olunan torpaqlarımıza səfəri başlayıb. Xarici səyyahlar erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər.

Ümumiyyətlə, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.

Sosial həyat