Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Rəşad Məcidin hesabat müddətində görülmüş işlər barədə hesabatı dinlənilib.
Sədrin müavini Vüqar Zifəroğlu çıxışında Mətbuat Şurasının Katibliyində 15 şikayətlə bağlı tərəflər arasında anlaşma əldə olunduğunu diqqətə çatdırıb, 5 müraciət isə şikayətlər üzrə komissiyada həllini tapıb.
İclasda Şikayətlər üzrə komissiyanın yeni tərkibi də müəyyənləşdirilib.
Sonda “Xalq qəzeti”nin 105 illiyi münasibəti ilə nəşrin baş redaktoru Əflatun Amaşova, Şuranın Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğluya isə 65 illik yubileyi ilə bağlı Mətbuat Şurasının diplomları təqdim olunub.
XQ