XIX Bakı Caz Festivalında 11 ölkədən ifaçılar çıxış edəcəklər

post-img

Oktyabrın 17-dən 27-dək ölkəmizdə XIX Bakı Caz Festivalı təşkil olunacaq.

Festivalda Braziliya, İsveç, Çexiya, Rumıniya, Kuba, Fransa, Almaniya, Moldova, İsrail, İtaliya caz ifaçıları ilə yanaşı, azərbaycanlı musiqiçilər və kollektivlər də çıxış edəcəklər.

XIX Bakı Caz Festivalı çərçivəsində “Moving Sketch” adlı rəsm sərgisi, “Best World Jazz Foto” sərgisi, aktyor, rəssam Bəhram Bağırzadənin uşaqlar üçün “Caz” kitabının təqdimatı, dünya caz ulduzları ilə görüşlər, eləcə də “İpək üzərində caz” qurama ekspozisiyası təşkil olunacaq.

Festivalın konsert və təqdimatları Jolly Joker, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya, ADA Universiteti və Caz-klubda keçiriləcək.

Mədəniyyət