Gəncə: müraciətin dərhal həll olunanı da var, araşdırılanı da

post-img

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə səyyar görüş keçirib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, icra aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə rəsmilər qəbulun keçirildiyi təhsil müəssisəsində şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında maddi yardım, işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və digər məsələlər yer alıb.

Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata alınıb.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, səyyar görüşlər Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə 











Sosial həyat