Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Rəssamlıq Akademiyası
Kafedralar üzrə boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün
MÜSABIQƏ ELAN EDIR
- Heykəltaraşlıq
- Memarlıq
Müsabiqədə iştirak etmək istəyən namizədlər elan dərc olunduqdan sonra 1 ay müddətində aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Rektorun adına yazılmış ərizə.
2. Kadrlar uçotunun şəxsi vərəqəsi.
3. Tərcümeyi-hal.
4. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri.
5. Elmi və elmi-metodiki işlərin siyahısı.
6. Müvafiq struktur bölmənin inkişafı ilə bağlı kafedra müdirinin platforması.
Qeyd-müsabiqə elan olunan müəssisədə çalışan şəxslər ərizə ilə birlikdə yalnız 4-cü və 6-cı bəndlərdə qeyd olunan sənədləri təqdim etməlidirlər.
Ünvan: Bakı, H.Əliyev prospekti 58.
REKTORLUQ