4 kiloqram marixuananı satmaq istəyiblər

post-img

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar.

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

 

 

Sosial həyat