Göygöl Rayon İcra Hakimiyyəti özünün rəsmi facebook səhifəsində maraqlı paylaşım etmiş, rayon sakinlərini, o cümlədən izləyicilərini 885 il əvvəl sentyabrın 30-da baş vermiş hadisə ilə bağlı məlumatlandırmışdır, şəkillər vermişdir: “Bu gün Göy-göl gölün yaranması günüdür.
1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsuçayın qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göy-göl yaranmışdır.
Göy-göl dəniz səviyyəsindən 1556 metr hündürlükdə yerləşir. Sahəsi 79 hektar, ən dərin yeri isə 96 metrdir. Uzunluğu 2450 metrə, ən enli yeri isə 595 metrə çatır. Əsasən yağıntı və Yuxarı Ağsu çayının suları ilə qidalanır.
Gölətrafı meşəliklərdə çox sayda ağac və kol, o cümlədən müxtəlif növ dərman bitkiləri, maral, cüyür, ayı, qaban, canavar, tülkü, çaqqal, porsuq, meşə pişiyi, vaşaq var.”
Hamlet Qasımov, XQ-nin bölgə müxbiri.