Samuxda hamı velosiped sürdü…

post-img

"Yaşıl Dünya Naminə Həmrəylik ili" çərçivəsində “Ümumdünya Avtomobilsiz Günü" münasibətilə Samuxda veloyürüş keçirilib.

Qeyd edək ki, 1998-ci ildən etibarən hər il sentyabr ayının 22-də “Ümumdünya Avtomobilsiz Günü” (World Car Free Day) keçirilir. Həmin gün dünyanın müxtəlif ərazilərindəki insanlar ekoloji təmiz nəqliyyat növlərindən istifadəyə üstünlük verir, piyada yürüşlər edərək sağlam həyat tərzini təbliğ edirlər.

Samux rayonunda da icra hakimiyyəti  rayon təhsil, gənclər və idman sektorlarının birgə təşkilatçılığı ilə veloyürüş keçirilib. Yürüş Heydər Əliyev prospektindən şəhər parkına doğru davam edib. Yürüşdə icra hakimiyyəti aparatının məsul əməkdaşları, veloyürüş həvəskarları, gənclər və rayon sakinləri iştirak ediblər. Yürüşün keçirilməsində məqsəd  əhalinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə verməkdir. 

Yürüşün yekununda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev iştirakçıları salamlamış,onlara öz təşəkkürünü bildirmişdir.

Qaliblərə Fəxri Fərman və qiymətli hədiyyələr verilmişdir.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Samux











Sosial həyat