C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ''Sazın, sözü kəlağayılı Güllüsü'' kitabının təqdimatı keçirildi.
Kitabın müəllifi yazıçı, araşdırmaçı Vaqif Osmanlı, redaktoru Lalə İsmayıl, rəyçi Vüsal Sehranoğludu. Tədbiri kitabın redaktoru Lalə İsmayıl apardı. Azərbaycan himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi anıldı.
Lalə İsmayıl kitab haqqında geniş məlumat verdi və iık sözü kitabın müəlllifi Vaqif Osmanlıya verdi. Müəllif kitabın Güllü Eldar Tomarlının 55 yaşına töhfə olduğunu qeyd etdi. Güllü xanımın ömür yolundan, yaradıcığından, ictimai fəallığından bəhs edən kitab onu oxucularla daha yaxından tanımağa şərait yaradacağını söylədi. Güllü Eldar Tomarlının ömür və yaradıcılıq yolunun son uğuru olan bu kitab, kəlağayı haqqında şeirlərinin İlahə Fərzəliyevanın tərcüməsində rus oxucularına, İmir Məmmədlinin gürcü dilində gürcü oxucularına çatdırılması da 55 illik yubileyinə bir töhfədir, milli dəyərlərimizin beynəlxalq səviyyədə təbliğidi. Vaqif Osmanlı qeyd edib ki, Güllü xanımın kəlağayı haqqında şeirlərinin başqa dillərə də tərcümə olunacaq.
Tədbirdə şairlərdən- Rafael Tağızadə, Brilyant Atəş, Qabil Nəbi, Nigar Xəlilova, Mahir Cavadlı, politoloq, yazıçı Reyhan Mirzəzadə, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, bəstəkar Yaqut Almaz , 225 saylı məktəbin direktoru Zenfira Rusalova, türkoloq, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova və başqaları çıxış etdilər.
Reyhan Mirzəzadə İlahə Fərziyevanın Güllü Eldar Tomarlının kəlağayı haqqında şeirlərini rusca tərcüməsini səsləndirdi və 29 sentyabrda Sankt Peterburqun Milli Kitabxanasında keçirilən '' Kəlağayı ismətimdir'' layihəsinə dəvət aldığına görə Güllü Eldar Tomarlıya uğurlar dilədi. '' Kəlağayı ismətimdir'' layihəsinin rəhbəri Hicranə Həsənovadır. Həm də Sankt Petetburqda keçirilən bu tədbir Azərbaycanboyu keçirilən '' Sazlı, sözlü kəlağayı günləri'' nin davamıdır. Milli mənəvi dəyərlərimiz, haqq yolunda bu yürüşümüz bizi birləşdirir.
Sonda Güllü Eldar Tomarlı C.Cabbarlı adına Gənclər Kitabxanasının rəhbərliyinə, çəkiliş üçün Azərbaycan T eleviziyasına, əməkdaşlarına, kitaba böyük zəhmət çəkən müəllif Vaqif Osmanlıya və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.