Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib

post-img

Azərbaycanlı alimlər Türkiyədə elmi konfranslarda iştirak ediblər. Konfrans Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İstanbul Cərrahpaşa Universiteti, Ağrı İbrahim Çeçen Universiteti və Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. 

“Sənaye, tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda keçirilən 9-cu beynəlxalq elmi konfransda Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun həmmüəllifi olduğu elmi məruzə təqdim edilib. 

Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov da mötəbər tədbirdə iştirak edib. Onun “Sıxılan qeyri-özlü mayedə batırılmış qeyri-bircins ön gərginlikli silindrdə yayılan oxasimmetrik dalğaların dispersiyasında SQS rejimlər haqqinda” məruzəsi konfrans iştirakçılarında böyük maraq doğurub, mövzu ətrafında müzakirələr aparılıb. 
Bu günlərdə İstanbulda professor Arif Səlimova həsr olunan elmi konfransda alimin “Tenzor diferensiallama operatorları və lift problemləri” mövzusunda məruzəsi də dinlənilib, ISCDFAMS mükafatı ilə təltif edilib.

Konfransda, həmçinin E.Bağırovun “Elastodinamikanın xəttiləşdrirlmiş tənliklərinin qeyri-bircins ilkin gərilmələr olduğu durumda həll metodu” məruzəsi dinlənilib. Azərbaycanlı alim konfransın təşkilat komitəsi tərəfindən müvafiq sertifikatlarla təltif olunub.

XQ









Sosial həyat