Şəki-Zaqatala: 196 məzun 600-dən yuxarı bal toplayıb

post-img

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2023-2024-cü tədris ilində buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, 196 məzun 600 baldan yuxarı nəticə göstərib.

İdarədən mətbuata bildirilib ki, buraxılış və qəbul imtahanlarında Şəkinin təhsil müəs­sisələri üzrə 71 məzun, Qəbələ rayonu üzrə 53, Zaqatala rayonu üzrə 29, Qax rayonu üzrə 17, Balakən rayonu üzrə 15 və Oğuz rayonu üzrə 11 məzun 600-dən çox bal toplayıb.

Regionun təhsil müəssisələri üzrə ən yük­sək nəticəni Şəki şəhər 18 nömrəli tam orta məktəbin məzunu Zərifə İlyasova göstərib. O, I ixtisas qrupu üzrə imtahanlarda 700 bal toplayıb. Zaqatala üzrə isə ən yüksək nəticəyə rayonun Musa Musayev adına Dağlı kənd tam orta məktəbin məzunu Fəxri Orucov nail olub - 689 bal. Digər rayonlar üzrə ən yüksək nə­ticəni Balakən rayonu A.Novruzov adına Hu­manitar və texniki təmayüllü liseyin məzunu Ülvi İbadov (683), Qəbələ rayonu Həmzəli kənd tam orta məktəbin məzunu Elşən Yusi­bov (682 bal), Qax rayonu Almalı kənd tam orta məktəbin məzunu Nihad Mahmudzadə (671 bal), Oğuz rayonu Bucaq kənd tam orta məktəbin məzunu Fəridə Rəşidzadə (668 bal) göstəriblər.

XQ

Sosial həyat