Milli mətbuatımızın canlı əfsanəsi

post-img

Azərbaycan maarifçilik və dövlətçilik məfkurəsinin geniş yayılması, ölkəmizin bəşəri tərəqqiyyə qovuşması kimi tarixi bir missiyanı fəaliyyət göstərdiyi bir əsrdən uzun müddətdə şərəflə davam etdirən “Xalq qəzeti”nin 105 yaşının tamam olmasını ölkənin elmi-pedaqoji ictimaiyyəti də ümummədəni hadisə kimi böyük sayğı ilə qarşılayır. 

Xalqımızın ictimai fikir xəzinəsini zənginləşdirən, milli mətbuatımızın və jurnalistikamızın inkişafında əvəzsiz töhfələri olan bu öncül ictimai-siyasi nəşr ötən müddətdə özünü ümumxalq söz tribunası kimi təsdiq etmişdir. Re­daksiyanın peşəkar və milli ideallara bağlı mövqeyi, qəzetin respublikanın mədəni-sosial həyatında baş verən yeni­likləri xalqa yüksək ictimai məzmunda çatdırması, bir-birindən maraqlı rubri­kaları, sərrast və aydın üslubu onu gü­nünmüzdə də ölkənin bayraqdar mətbu nəşr kimi tanıdır. 

Ötən 105 ildə daim xalqın yanında olan “Xalq qəzeti” müstəqillik illərində daha da inkişaf edərək fəaliyyətini XXI əsrin dəyişən tələblərinə uyğun şəkildə qurmuşdur. Bu gün də milli mətbuatı­mızın önündə gedən “Xalq qəzeti” öz fəaliyyətində ən son müasir texnologi­yaları tətbiq etməklə cəmiyyətə obyek­tiv və operativ məlumatlandırma xid­məti göstərir. 

Redaksiyanın apardığı vətənpərlik və maarifləndirmə işi, davamlı analitik təhlillər və aktual mövzulu publisistik yazılar ictimai rəyin formalaşmasında önəmli rol oynayır. “Xalq qəzeti” baş verən hadisələrə, zamanın çağırışla­rına həssaslığı ilə internet əsrində də avanqard mövqeyini qoruyub saxlayır.

Milli mətbuatımızın canlı əfsanə­si olan “Xalq qəzeti”nin yaradıcı kol­lektivini 105 illik yubiley münasibəti ilə elmi-pedaqoji ictimaiyyət adından səmimi təbrik edirik. İnanırıq ki, zən­gin ənənələr üzərində tarixinin ikinci əsrini yaşayan qəzet bundan sonra da xalqa sözlə xidmətini davam etdirəcək, müstəqil Azərbaycanın qalibiyyətli ta­rixi yürüşünü əks etdirən parlaq güzgü olacaq.

Cəfər CƏFƏROV,
ADPU-nun rektoru, professor

Sosial həyat